ABŞ-ın San-Fransisko şəhərindəki şəxsi qalereyadan Salvador Dalinin “Yanan zürafə” qravürası oğurlanıb. Sənət əsərinin qiymətinin 20 min dollar olduğu bildirilir.
Qeyd olunur ki, naməlum şəxsin qravüranı oğurlamasının videomüşahidə kameralarında qeydə alınmış görüntüsü artıq sosial şəbəkələrdə yayılıb. Həmin şəxs qalereya binasına daxil olub və 32 saniyədən sonra əlində həmin sənət əsəri ilə oranı tərk edib.
Məşhur rəssam bu rəsmi 1966-cı ildə çəkib.