Dünyanın nüfuzlu kino yarışmalarında, o cümlədən BAFTA (Böyük Britaniya), “Qızıl qlobus” və “Oskar” (ABŞ) kimi nüfuzlu mükafatlar uğrunda bədii filmlərlə bərabər, animasiya filmləri də mübarizə aparır. Bu günlərdə 2020-ci ilin “Oskar” mükafatına namizəd olan 32 cizgi filminin adı açıqlanıb.

İddiaçılar arasında Kann Film Festivalının mükafatçısı da olmuş məşhur filmlər var. “Everest”, “Addamslar ailəsi”, “Qəzəbli quşlar 2”, “Dondurulmuş ürək 2”, “Əjdahanı necə öyrətmək olar 3”, “Leqo. Film 2”, “Ev heyvanlarının gizli həyatı 2”, “Oyuncaqların hekayəsi 4”, “İtirilmiş bənd”, “Okko hoteli”, “Dəniz uşaqları”, “Klaus”, “Maronanın heyrətamiz hekayəsi”, “Həyatın başqa bir günü”, “Kabilin qaranquşları”, “Bu ləzzətli tort!”, “Qala”, “Upin və İpin”, “Ağ ilan” kimi animasiya filmləri siyahıda yer alıb.

Animasiya filmlərinin bəziləri tammetrajlı, bəziləri qısametrajlıdır.

Qeyd edək ki, növbəti “Oskar” mükafatlarının qaliblərinin elan olunması mərasimi 9 fevral 2020-ci ildə keçiriləcək.

SƏBİNƏ