Oktyabrın 29-dan noyabrın 3-dək Rusiya paytaxtında MDB ölkələrinin iştirakı ilə “Moskva premyerası” Beynəlxalq kinofestivalı keçiriləcək.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkil etdiyi festivalda Azərbaycan kinematoqrafçılarının iki filmi nümayiş etdiriləcək.
Kinofestival çərçivəsində rejissorlar Elmar İmanovun “Mövsümün sonu” və Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmləri nümayiş olunacaq. Bütün filmlər istehsalçı ölkənin dilində, rus dilində subtitrlərlə təqdim ediləcək.