Sentyabr ayında "Bizim kino" adı altında bütün kinoteatrlarda yeni çəkilmiş Azərbaycan filmləri göstəriləcək. Bunu jurnalistlərə açıqlamasında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
Direktor bildirib ki, ekran əsərlərinin nümayişindən əvvəl Azərbaycanda peşəkar kino məktəbinin inkişaf etdirilməsi sahəsində görülən işlər haqqında məlumat veriləcək. Onun sözlərinə görə, yeni kino lentləri ilk olaraq mətbuat nümayəndələrinə göstərildikdən sonra kinoteatrlarda geniş tamaşaçı kütləsinə təqdim olunacaq.