Goranboy rayon mərkəzində ətraf rayonların xalçaçılarının iştirakı ilə “Tariximiz sirli naxışlarda” adlı II Regional xalçaçılıq sərgisi keçirilib.
Sərgidə 150-dən çox xalçaçılıq nümunəsi və əl işləri, o cümlədən gəbə, kilim, şəddə, palaz, cecim, xurcun və fərşinlər nümayiş etdirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun idarə və təşkilat rəhbərləri, ictimaiyyətin fəalları iştirak ediblər.