Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli opera müğənnisi, aktyor, rejissor Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş “Qəlblərdə yaşayan sənətkar” adlı tədbir keçirilib.
Tədbirdə sənətkarın adını daşıyan Mədəniyyət evinin hazırladığı videoçarx nümayiş olunub.
Hüseynqulu Sarabskinin ifasında “Qalalı” mahnısının lent yazısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova “Leyli və Məcnun” operasından məktəb səhnəsini ifa ediblər.
Mədəniyyət evinin xalq teatrı kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, “Leyli və Məcnun” operasından səhnəcik təqdim olunub.