“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evində “Camping Azerbaijan” ilə birgə “11 gün” adlı fotosərgi açılıb.

Sərgidə fotoqraf Eldar Əkbərovun “Şaxta baba ucqar kəndlərdə” layihəsi çərçivəsində çəkdiyi şəkillər nümayiş etdirilir.

E.Əkbərov fotoqrafiyaya maraq göstərən sərgi iştirakçılarına təşəkkürünü bildirib, çəkiliş zamanı uşaqlarla bağlı təəssüratlarını bölüşüb.

“Camping Azerbaijan” şirkətinin icraçı direktoru Elvin Məmmədsoy layihə barədə məlumat verib. Bildirib ki, hər il Şaxta babalar ucqar kəndlərə gedib uşaqlara Yeni il hədiyyəsi paylayırlar. Sonuncu layihə üzrə 35 kənddə uşaqlara hədiyyə çatdırılıb.