Bişkek şəhərində MDB ölkələri gənc rejissorlarının VII “Ümid” kinoforumu keçirilib. Görkəmli qırğız aktyoru, SSRİ Xalq artisti Suymenkul Çokmorovun xatirəsinə həsr olunan forumda MDB ölkələri rejissorlarının ümumilikdə 32 qısametrajlı filmi nümayiş etdirilib.
Ölkəmiz Orxan Ağazadənin “Oturacaqlar” və Daniel Quliyevin “Yaramaz” filmləri ilə təmsil olunub.
Tədbir çərçivəsində ustad dərsləri də keçirilib.
Forumun sonuncu günü qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarı ilə milli nominasiyada qırğız rejissoru Aydan Topçubaevanın “Ayana”, beynəlxalq nominasiyada isə Orxan Ağazadənin “Oturacaqlar” filmləri “Ən yaxşı film” seçilib.