Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə təşkilatı (UNESCO) Dublinə “Ədəbiyyat şəhəri” adı verib. İrlandiyanın paytaxtı dünyada bu ada layiq görülmüş 4-cü şəhərdir. Əvvəllər “Ədəbiyyat şəhəri” adı Edinburq (2004-cü ildə), Melburn və Ayova-Sitiyə (hər ikisi 2008-ci ildə) verilib.
   UNESCO-nun meyarına görə, bu ad redaksiyaların, nəşriyyatların, kitab mağazalarının, nəşriyyat evlərinin, kitabxanaların çox olduğu və ədəbiyyat festivallarının keçirilməsində və başqa tədbirlərdə təcrübə qazanmış şəhərlərə verilir.