Bakıda dördüncü “Visla” Polşa filmləri festivalı başlayıb. Həftə ərzində 6 film nümayiş etdiriləcək.
Noyabrın 12-də festivalın açılışında çıxış edən Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçılo vurğulayıb ki, bu cür tədbirlər iki ölkənin mədəniyyətlərini yaxınlaşdırır.
Layihənin direktoru Malqojata Şlyaqovska-Skulska qeyd edib ki, Polşa filmləri festivalı Azərbaycanla yanaşı Rusiya, Serbiya, Xorvatiya, Gürcüstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda da keçirilir. Festival ilk dəfə 2008-ci ildə təşkil olunub.
Qeyd edək ki, filmlər “Landmark” Biznes Mərkəzində nümayiş etdirilir. Giriş pulsuzdur.