“Aşıq Şəmşir” Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist Qənbər Şəmşiroğlunun çoxcildli kitablarının təqdimat mərasimi keçirilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə təbrik edib.
Akademiklər Nizami Cəfərov, Muxtar İmanov, professorlar Qəzənfər Paşayev, Şahlar Əsgərov, Şirindil Alışanlı və başqaları Qənbər Şəmşiroğlunun yaradıcılığından bəhs edib, onu çağdaş ədəbiyyatımızda həm poeziya, həm də nəsr sahəsində nüfuzlu qələm sahibi kimi dəyərləndiriblər. Mərasimdə Kəlbəcər məktəblilərinin ifasında el sənətkarının şeirləri səsləndirilib.