“Özbək kinosu həftəsi” çərçivəsində ölkəmizə səfər edən Özbəkistan nümayəndə heyəti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qonağı olub.
Görüşdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən və gələcək əməkdaşlıq məsələlərindən danışıb.
Özbəkistan nümayəndə heyətinin üzvləri də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar və gələcəkdə reallaşa biləcək birgə layihələrdən bəhs ediblər.
Sonda qonaqlara “Azərbaycanfilm” kinostudiyası adından xatirə hədiyyələri təqdim olunub.