Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) yeni tədris modulları əsasında təşkil etdiyi təlim kursları indiyədək Bakı, Lənkəran, Şamaxı, Gəncə və Gədəbəydə həyata keçirilib.
Səyyar təlimlərin növbəti mərhələsi Göyçayda keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, “Mədəniyyət evlərinin müasir fəaliyyət növləri”, “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları”, “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər” mövzularda məruzələr dinlənilib.
Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.