Noyabrın 28-də YARAT Müasir İncəsənət Mərkəzində Jan Jenenin “Qulluqçu” pyesi əsasında Raulə Turkanın quruluşunda səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Tamaşada iki bacının həyatından bəhs olunur. Qulluqçular – Solanj və Kler öz acı talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar öz sahibələrinə qulluq etməkdən yorulublar və həyatlarının qalan hissəsini mətbəxdə keçirmək istəmirlər. Bacılar təkcə öz işlərinə, sahibələrinə (Madam) deyil, həm də bir-birlərinə nifrət edirlər.