2020-ci ildə “Ulduz” filminin ekranlara çıxmasının 55 illiyi qeyd olunacaq.

Tamaşaçıların hər zaman maraqla baxdığı film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettası əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami kinoteatrında “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.

“Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olan “Ulduz”u  55 illik yubileyi münasibətilə bərpa edib.

Dekabrın 3-də saat 19.00-da Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin yenilənmiş versiyası tamaşaçılara təqdim olunacaq. Filmin nümayişinə giriş sərbəstdir.