Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda mədəniyyət işçilərinin müşavirəsi keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (creative.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilmiş forum haqqında məlumat verib. İdarə rəisi yaradıcı və istedadlı şəxslərin aşkar edilərək onlara lazımi dəstəyin göstərilməsinin və onların tanıdılmasının vacibliyini vurğulayıb.

Mədəniyyət mərkəzinin direktoru Aqil Əlisultanov və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanovun mövzu ətrafında məruzələri dinlənilib.

Sonda idarə rəisi mədəniyyət müəssisələrində fəaliyyətin daha da yaxşılaşdırılması və günün tələbləri səviyyəsində qurulması ilə bağlı tövsiyə və tapşırıqlar verib.