Naftalanda şəhərin turizm inkişaf planının təqdimatı keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov iştirak ediblər.

Təqdimatda Azərbaycan Turizm Bürosunun 2020-ci ildə Naftalan şəhəri üzrə nəzərdə tutulmuş fəaliyyət planı açıqlanıb. Qeyd olunub ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizmi istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir.

Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Gəncə Destinasiya Menecmenti Təşkilatının Naftalanda təsis edilmiş nümayəndəliyinin təqdimatı da olub.