“Nəsimi ili” çərçivəsində daha bir təqdimat böyük şairin həyatından bəhs edən film ilə bağlıdır. Görkəmli rejissor Həsən Seyidbəylinin quruluşunda 1973-cü ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film milli kino sənətinin ən dəyərli nümunələrindəndir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında ekran əsərinin yenilənmiş versiyası ərsəyə gətirilib. Dekabrın 20-də Nizami Kino Mərkəzində “Nəsimi” bədii filmi yenilənmiş rəqəmsal versiyada tamaşaçılara təqdim olunacaq.