Azərbaycan

20 dekabr 1905 – Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 – 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir.

20 dekabr 1939 – Teatrşünas, sənətşünaslıq namizədi Məmmədşah Qədim oğlu Atayev (1939-2011) anadan olub. Akademik Milli Dram Teatrında truppa müdiri işləyib.

20 dekabr 2014 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 – 2014) vəfat edib. “Natəvanın portreti”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir.

 

21 dekabr 1913 – Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov; 1913 – 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib.

21 dekabr 1916 – Yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəli oğlu Vəliyev (1916 – 7.3.1996) anadan olub. “Mübahisəli şəhər”, “Düyünlər” romanlarının müəllifidir.

21 dekabr 1923 – Xalq artisti, müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 – 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib.

21 dekabr 1923 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 – 21.2.1997) Astarada anadan olub. Azərbaycan EA Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.

21 dekabr 1929 – Mədəniyyət xadimi Zakir Nəriman oğlu Bağırov (1929 – 31.3.1989) Şuşada doğulub.

 

22 dekabr 1898 – Əməkdar incəsənət xadimi, rejissor, aktyor Ağarza Səməndər oğlu Quliyev (1898 – 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib.

22 dekabr 1906 – Xalq artisti, xanəndə Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub. 1930-cu ildən Opera və Balet Teatrında çalışıb.

22 dekabr 1911 – Tanınmış jurnalist, professor Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) Bakıda doğulub. “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı, 30 ilə yaxın baş redaktoru olub.

22 dekabr 1920 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (1920 – 25.6.1980) Bakıda doğulub. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.

 

Dünya

 

20 dekabr 1873 – Türk şairi Mehmet Akif Ersoy (1873 – 27.12.1936) İstanbulda doğulub.

20 dekabr 1915 – Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 – 6.7.1995) anadan olub.

 

21 dekabr 1639 – Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 –21.4.1699) anadan olub.

21 dekabr 1840 – Türk şairi və yazıçısı, teatr xadimi Namiq Kamal (1840 – 2.12.1888) anadan olub.

21 dekabr 1917 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 – 16.7.1985) anadan olub.

 

22 dekabr 1858 – İtalyan bəstəkarı Cakomo Puççini (Giacomo Puccini; 1858 – 29.11.1924) anadan olub.

Hazırladı:  Vüqar ORXAN