Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən noyabr ayının 1-dən elan olunmuş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinə layihələrin qəbulu noyabrın 25-də başa çatıb. 

Müsabiqənin nəticələrinin dekabrın 20-dək açıqlanması nəzərdə tutulmuşdu.

Lakin müsabiqəyə marağın həddindən artıq yüksək olması və təqdim edilən ssenarilərin çoxluğu səbəbindən nəticələrin açıqlanma müddətinin uzadılması zərurəti yaranıb.

Müsabiqənin nəticələri 2020-ci il yanvar ayının 31-dək Mədəniyyət Nazirliyi www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.