C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə Balakən və İmişli rayonlarında qastrolda olub.
Dekabrın 25-də Balakən rayon Mədəniyyət Mərkəzində, 26-da isə İmişli rayon Mədəniyyət Mərkəzində nümayiş olunan səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.