Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Tripvill İnternational Film Festival 2020”nin (Hindistan, Kəlküttə) kino ekspertləri tərəfindən “Ən yaxşı bədii film” kimi xüsusi mükafata (“Best Narratıve Feature / Award of Excellence”) layiq görülüb.

Festivalın qalibləri yanvarın 1-də açıqlanıb. Qalib ekran əsəri kimi “Çölçü” yanvarın 12-də Hindistanın Kəlküttə şəhərində tamaşaçılara təqdim olunacaq.

Qalib filmə mükafat olaraq sertifikat və heykəlcik təqdim olunur.

“Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film indiyədək 50-dən çox festivalda iştirak edərək 30-dan artıq mükafat qazanıb.