Şuşa Dövlət Musiqili Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya hazırlanıb.
“Yanvarın iyirminci günü” adlı ədəbi-bədii kompozisiyada Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub və digər şairlərin şeirlərindən, Üzeyir Hacıbəyli, Qara Qarayev və Volfqanq Amadey Motsartın musiqilərindən istifadə olunub. Quruluşçu rejissor Əməkdar artist Loğman Kərimov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Ədəbi-bədii kompozisiyada Xalq artisti Sükufə Musayeva, əməkdar artistlər Nazir Rüstəmov və Teymur Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Xanirə İsgəndərova, Aybəniz Cahangirova, Rasəf Mehdiyev, Emin Sevdiməliyev iştirak edirlər.
Səhnə əsəri 16 yanvarda səyyar (N saylı hərbi hissə və “Azərsun Holdinq”in Mədəniyyət mərkəzi), 17-20 yanvarda isə teatrın binasında nümayiş olunacaq.