Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Bakı Uşaq Teatrının rusdilli uşaqlardan ibarət “Günay” studiyası R.Behbudov adına Mahnı Teatrında Yeni il şənliyi keçirib.
Proqramda Şaxta baba, Qar qız, məşhur pişiklər Leopold, Basilio və Tom ilə birlikdə “Siçan ili”nin qəhrəmanları Mickey, Mini Mouse və başqaları yer alıb.
Dekabr ayında Moskvada keçirilən “Millətin qızılı” Beynəlxalq festival-müsabiqəsində müxtəlif nominasiyalarda diplomlar qazanan 20 laureat öz mahnıları, rəqsləri və maraqlı səhnəcikləri ilə tamaşaçıları sevindirib. Uşaqlar fərqli ifaları ilə hər kəsi heyran ediblər. “Günay” studiyasının xoreoqrafı Günəş Talıbova, bədii rəhbəri və rejissoru Larisa Viktorovna Tarusovadır.