Tanınmış şanson ifaçısı Cəlal Abbasov fevralın 20-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. “Şanson gecəsi” adlı konsertdə şanson janrında mahnılardan ibarət maraqlı proqram təqdim olunacaq.

Müğənnini səhnədə “Shanson Cover Band” qrupu müşayiət edəcək.

Heydər Əliyev Sarayında artıq üçüncü solo konsertinə hazırlaşan Cəlal Abbasov yerli və beynəlxalq estrada və mahnı müsabiqələri və festivallarının iştirakçısıdır.