Türkiyənin Anadolu xəbər agentliyinin yaranmasının 100 illiyi münasibətilə xatirə poçt markaları buraxılıb.
Türkiyə Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilən üç marka Anadolu agentliyinin qurucuları – Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk, Halidə Ədip Adıvar və Yunus Nadi Abalıoğlunun adlarına hazırlanıb. Markaların üzərində bu tarixi şəxsiyyətlərin fotoları əks olunub.
Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürkün tövsiyəsi ilə yaradılan Anadolu agentliyi bu il yüz yaşını qeyd edəcək. Agentlik 1920-ci il aprelin 6-da, Türkiyə Böyük Millət Məclisindən 17 gün əvvəl fəaliyyətə başlayıb.