Ötən saylarımızda teatr kollektivlərinin 2020-ci il üzrə yaradıcılıq planlarından söz açmışdıq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bu il üçün yaradıcılıq planı zəngindir. Kollektiv 4 yeni əsərlə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Rejissor Elşad Rəhimzadənin quruluşunda uşaq və yeniyetmələrin maraqla izlədikləri “Mauqli” bu dəfə gənclərin ifasında təqdim olunacaq. Redyard Kiplinqin məşhur əsəri yeni quruluş və texniki baxımdan zəngin forma ilə ərsəyə gələcək.

Zaman-zaman teatr səhnələrində fərqli sənət ömrü yaşayan Jan Batist Molyerin“Don Juan”ı da bu teatrın səhnəsində oynanılacaq. Tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verəcək.

Fyodr Dostoyevskinin mövzu aktuallığı və dramatizmi ilə seçilən “Alçaldılmış və təhqir olunmuş insanlar” əsərinə isə Xalq artisti Cənnət Səlimova quruluş verəcək.

Rus ədəbiyyatının daha bir nümayəndəsi Aleksandr Ostrovskinin hələ də öz təsirini itirməyən “Tufan” əsərini isə Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov tamaşaya hazırlayacaq.