Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların hər zaman böyük maraqla qarşıladıqları Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq. 

Teatrın rəhbərliyi bu tamaşada baş rolları ifa etmək üçün rus baletinin ulduzları – Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, beynəlxalq müsabiqələr laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinsk Teatrının aparıcı solisti, Əməkdar artist, həmyerlimiz Timur Əsgərovu (Şahzadə Ziqfrid) dəvət edib. 

Tamaşada həmçinin Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri – Xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və b. çıxış edəcəklər.

Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.