Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşəbbüsü ilə 20 Yanvar hadisələrini fotolentin yaddaşına köçürmüş fədakar insanlar və o dövrün fotolarından bəhs edən “Faciənin fotosu” adlı sənədli film çəkilib. Film AFB üzvləri – ideya müəllifi Fərqanə Qasımlı və ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə tərəfindən ərsəyə gətirilib.
Araşdırmalar zamanı aydın olub ki, 30 il qabaq çəkilmiş fotoların təxminən yarısı itirilib. Buna vaxtilə fotoları başqa ölkələrə yayımlamaq üçün neqativlərin göndərilməsi, fotoqrafların dünyasını dəyişəndən sonra şəxsi arxivlərini itməsi, bəzi texniki və məişət hadisələri səbəb olub.
Filmdə foto arxivlərini saxlayan insanların düşüncələri əksini tapıb. Filmdə təqdim olunan fotolar ilk dəfə nümayiş olunacaq.