AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “Folklor və İslam: nəzəri-epik kontekst” kitabı nəşr olunub.
Nəşrdə folklorşünaslıq elminin daim aktual tədqiqat istiqamətlərindən biri olan “folklor və din” probleminin nəzəri əsasları (mif-din-folklor münasibətlərinin semantikası) araşdırılıb. Həmçinin “Oğuznamə” eposunda İslam dini ilə bağlı transformativ proseslər və epoxal keçidlərin poesematikası tədqiq olunub.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı və ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovdur.