Amerika Kino Sənəti Akademiyasının 92-ci dəfə təqdim ediləcək mükafatına nominasiyalar üzrə əsas iddiaçılar elan olunub.

Rejissor Todd Fillipsin “Coker” filmi 11 nominasiya üzrə liderlik edir. Eyni zamanda “1917”, “İrlandiyalı” və “Bir dəfə Hollivudda” filmləri hərəyə 10 nominasiya əldə ediblər.

“Ən yaxşı rejissor” kateqoriyasında mükafata Martin Skorseze (“İrlandiya”), Todd Fillips (“Coker”), Sem Mendes (“1917”), Kventin Tarantino (“Bir dəfə Hollivudda”) və Bonq Cun Ho (“Parazit”) iddia edir. Bu dəfə nominasiyalarda qaradərili aktyor yer almayıb.

Xatırladaq ki, “Oskar 2020” mükafatlarının təqdimat mərasimi fevralın 9-da təşkil olunacaq. Ardıcıl olaraq ikinci il şounun aparıcısı olmayacaq.

SƏBİNƏ