Faşist Almaniyasının işğalı zamanı Fransada oğurlanan rəsm əsərləri satılacaq. Neoimpressionist cərəyanının nümayəndələri sayılan Kamil Pissarronun “Bəyaz qar fırtınası”, Pol Sinyakın “Qızılı buynuz və Kliş limanı” əsərləri Londondakı “Sotheby’s” hərrac evində ümumilikdə 26,1 milyon dollara satışa çıxarılıb.

K.Pissarro və P.Sinyakın əl işləri 1930-cu illərdə Parisdə kolleksiya toplayan Qaston Leviyə qaytarılıb.

Q.Levi almanların gəlişi ilə Tunisə qaçmış və müharibənin başa çatmasını orada gözləmişdi. Bu müddət ərzində millətçilər onun kolleksiyasını qarət ediblər.

Müharibədən sonra əsərlərdən ikisi Fransaya qaytarılaraq Parisin “D, Osre” muzeyində saxlanılırdı. Üçüncü rəsm əsəri isə Xildebrand Qurlit adlı almaniyalı rəsm alverçisinin kolleksiyasında aşkar olunmuşdu. Ötən il Almaniya dövləti onu Q.Levinin ailəsinə təqdim edib.

Hərrac evinin rəhbəri Tomas Boyda-Boumanın sözlərinə görə, bu əsərlər əvvəllər heç bir yerdə satışda olmayıb. Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı almanlar bu ölkədən 100 minə yaxın rəsm əsəri oğurlayıb. Onlardan 61 mini artıq Fransaya qayıdıb.

İLONA