Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 2020-ci il yanvar ayının 31-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Heydər Əliyev parkı, 9-cu mkr., Z.Hacıyev küçəsi, 92) Sumqayıt şəhərindən, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayon Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev prospekti, 37) Xızı rayonundan olan vətəndaşları qəbul edəcək.

2020-ci il yanvar ayının 23-də saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Abşeron rayon Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Heydər Əliyev parkı) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi: 147) və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici şəxs

Əlaqə telefonu

 

Sumqayıt şəhəri

Mehman Şükürov

050-319-18-25

018-654-46-51

 

Qubadlı rayonu

İlham Əhmədov

055-359-39-39

018-654-46-51

 

Şuşa rayonu

Zahid Abbasov

050-221-30-09

012-514-09-05

 

Xızı rayonu

Möhsün Bağırov

050-349-41-89

023-315-03-45

 

Abşeron  rayonu

İlham Manafov

051-699-00-37

012-342-11-32

 

Zəngilan rayonu

Mehman Nəsirov

055-440-55-64

012-341-40-21