Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.
Operada dəvətli sənətçilərlə yanaşı teatrın aparıcı solistləri – əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər. Tamaşanı Xalq artisti, dirijor Yalçın Adıgözəlov idarə edəcək.