Martın 27-dən 31-dək Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.

Mstislav Rostopoviç Fondunun yaydığı məlumata əsasən, festivalın əsas konsert məkanı Moskva Dövlət Konservatoriyasının Böyük zalı olacaq. Festivala Rusiyanın və Avropanın tanınmış musiqi kollektivləri qatılacaq. Musiqi bayramı Rusiyaya ilk dəfə gələn Lyej Kral Filarmonik Orkestrinin çıxışı ilə yekunlaşacaq.

Festival 2010-cu ildə M.L.Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondu tərəfindən təsis edilib. Festivalın təsisçisi və bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Olqa Rostropoviçdir.