Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa fevralın 15-də nümayiş olunacaq.

Balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyevadır.

Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.