Polşanın Kaliş şəhərində müəllimlər xorunun 10 illik yubiley konserti keçirilib. Konsertə fəxri qonaq kimi azərbaycanlı tenor Tərlan Şahbazlı da dəvət olunub.

Proqramda Polşa və dünya bəstəkarlarının yaradıcılığına müraciət edilib. Həmyerlimiz polyak dilində üç, italyan dilində bir mahnı ifa edib. Tenorumuzun çıxışı maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda Polşada yaşayan Tərlan Şahbazlı, ölkəmizlə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, həm də yerli əhəmiyyətli tədbirlərə dəvət alır.