Məşhur avstriyalı bəstəkar və pianoçu Alban Berqin skripka və orkestr üçün konserti Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, professor Fərəc Qarayevin redaktəsində iyulun 4-də Osakada (Yaponiya) “İzumi Hall”da təqdim ediləcək.
Bu barədə məlumat bəstəkarın saytında yer alıb. Əsər İzumi simfonik orkestri tərəfindən təqdim olunacaq. Konsertin solisti Sunao Gokodur.