İsveçdə yaşayan rejissor Rahim Sadıqbəylinin “Can Qarabağ” adlı filminin təqdimat mərasimi keçirilib.
Tədbirə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərliyi ilə İsveçdə səfərdə olan nümayəndə heyəti, bu ölkədəki səfirliyimizin birinci katibi Vaqif Seyidbəyov, İsveç, Norveç, Finlandiya və Danimarkadakı diaspor fəalları qatılıb.
Ekran əsərində İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupu, SAF dərnəyinin rəhbəri Sevda Dadaşova və qrupun müəllimlərinin fəaliyyətindən bəhs olunur. Bildirilir ki, “Qarabağ” uşaq milli rəqs qrupu mədəniyyətimizi tanıtmaqla yanaşı, öz fəaliyyəti ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri və qaçqınlarımız haqqında məlumatlar da yayır.
Tədbirdə SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupunun rəhbərliyi və üzvlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin diplom və hədiyyələri təqdim edilib.