Martın 14-də Moskvada – Dövlət Kreml Sarayında dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr edilən “Sənsiz mahnı yoxdur” adlı konsert proqramı təqdim ediləcək.
Kreml Sarayının saytı xəbər verir ki, konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “XXI əsrin tenorları” (“TenorA XXI veka”) art layihəsi tərəfindən təşkil olunacaq.
Konsertdə Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriləcək.