Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri çıxış edib. Orkestrin bədii rəhbəri Ağaverdi Paşayev, dirijoru İlahə Hüseynovadır.
Musiqi axşamında solist olaraq Sənan Hacılı, Əvəzağa Hacızadə, Rəvan Mustafazadə (tar), Hüseyn Nağıyev, Gülya Məmmədzadə (kamança) və Kənan Bəşirli (vokal) çıxış ediblər.
Proqramda Əşrəf Abbasovun “Gənclik rəqsi”, Vasif Adıgözəlovun “Laylay”, “Qərənfil”, “Bayram süitası”, Cahangir Cahangirovun “Misir lövhələri”, Sərdar Fərəcovun “Rondoletto” və digər musiqi nömrələri səsləndirilib.