Fevralın 11-də Heydər Əliyev Sarayında “Gənc-Mix” adlı konsert proqramı keçirilib.

Gecədə Nərmin Kərimbəyova, Samira Əfəndi, Aynur İsgəndərli, Tofiq Hacıyev, Promete, İlkin Fuad, Kənan Qədimov, Ayşən Mehdiyeva, Anar Bəylər, Orxan Babazadə, Ramazan Şərifzadə, Ayaz Babayev, Aygün Ağayeva və Elxan Qaraxanoğlu çıxış ediblər.

Pop, rep, caz, muğam və başqa janrlarda səsləndirilən musiqilər tamaşaçıların zövqünü oxşayıb.