Polşanın Lüblin şəhərindəki Mariya Küri adına universitetdə 27-ci Tələbə Filmləri Festivalı keçiriləcək.

Fevralın 15-dən aprelin 2-dək davam edəcək festivalda Azərbaycan və Almaniyanın ortaq istehsalı olan “Staniçek” filmi də nümayiş olunacaq. 2018-ci ildə lentə alınmış ekran əsərinin rejissoru Veyt Helmerdir. Filmin nümayişi fevralın 28-də olacaq, ondan əvvəl isə tamaşaçılara “Müharibənin sonu” adlı qısametrajlı film göstəriləcək. Ekran əsəri səssiz kino dövrünün ən yaxşı komediya ənənələri üslubunda çəkilib.

Ümumilikdə, festival ərzində 16 filmin nümayişi nəzərdə tutulub.