Fevralın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, pianoçu Murad Adıgözəlzadə və Çexiyanın Pilsen Dövlət Konservatoriyasının professoru, skripkaçı Roman Fedçukun iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdə solistləri Əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Proqramda Feliks Mendelsonun skripka, fortepiano və simli orkestr üçün üçhissəli konserti, Edvard Qriqin “Lirik süita”, Pablo de Sarasatenin “Navarra”, Pol Dükanın “Sehrbazın şagirdi” simfonik musiqiləri təqdim olunub.
Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.