İran İslam Respublikasının tanınmış dirijoru Bərdia Kiyarəs Novruz bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarının tamaşalarında orkestri idarə edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, “O olmasın, bu olsun” tamaşası 20, 21, 23 və 24 martda, “Arşın mal alan” isə ayın 22-si və 25-də göstəriləcək.

Səhnə əsərlərinin təqdimatında Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.