Sumqayıt şəhər “Dostluq” mədəniyyət evində fəaliyyət göstərən “Səmt” estrada kollektivi Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində konsert proqramı ilə çıxış edib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən proqramda Azərbaycan, rus və dünya estrada mahnıları ifa edilib. Kollektivin 10 illik yubileyi münasibətilə təşkil olunan konsertdə solistlər Əsmər Nəcəfova və Taleh Rəsulov çıxış ediblər.
Sumqayıt şəhər “Dostluq” mədəniyyət evi üç ildir ki, Rusiyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq edir. Mədəniyyət evində fəaliyyət göstərən “Səmt” və “Start” estrada kollektivləri dəfələrlə Rusiya səfirliyində tədbirlərdə, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində çıxış ediblər.