Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi Banqladeşin paytaxtında keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında (DIFF) nümayiş olunub. Təqdimata filmin yaradıcı heyəti də qatılıb. Festivalın əsas müsabiqə proqramında yer alan ekran əsərinin növbəti nümayişi 22 yanvarda olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Lalə