Macarıstanın paytaxtı Budapeştdəki “Urania” kinoteatrında Azərbaycan kinosu günləri keçirilir. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə gerçəkləşir.
Açılış mərasimində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, “Urania” kinoteatrının direktoru Botond Elekeş, Macarıstanın İnsan Resursları Nazirliyinin dövlət katibinin müavini Zoltan Lorintsi, “Nar bağı” filmində baş rolun ifaçısı, Xalq artisti Qurban İsmayılov çıxış ediblər.
Çıxışlardan sonra rejissor İlqar Nəcəfin “Nar bağı” filmi nümayiş etdirilib.
Azərbaycan kinosu günləri fevralın 22-dək davam edəcək.
Filmlərimiz paytaxt Budapeştlə yanaşı, Peç və Seqed şəhərlərində də nümayiş olunur.