Hindistanın Kəlküttə şəhərində keçirilən “Crown Wood” film festivalında rejissor Şamil Əliyevin “Çölçü” filmi “Best Narrative Feature” (Ən yaxşı bədii film) və “Best director” (Ən yaxşı rejissor) mükafatlarının qalibi elan edilib.

“Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunan film ötən müddətdə 30-dan çox müsabiqədə mükafatlara layiq görülüb.