Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Haqq mənəm” tamaşası ilə Bərdə rayonunda qastrol səfərində olub.

Şair-dramaturq İftixarın əsəri əsasında hazırlanan tamaşa rayon Mədəniyyət mərkəzində nümayiş olunub.

Tamaşanın quruluş müəllifi Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.